Adam Oleari
Adam Oleari (alm. Adam Olearius, doğum adı Adam Ölşlegel (alm. Ölschläger); 23 sentyabr 1599, Aşersleben[d] – 22 fevral 1671[…], Qottorp sarayı[d], Şlezviq-Holşteyn) — məşhur alman alimi, riyazıyyatçı, coğrafiyaşünas və diplomatı. Holşteyn-Qottorp hersoqu III Fridrixin İrana göndərdiyi səfirliyin katibi olmuş və səyahəti zamanı qələmə aldığı hadisələrin təsvir edildiyi 2 kitab nəşr etdirmişdir. Bu kitablarda Rusiya, Azərbaycan və İran haqqında detallı təsvirlər, həmçinin qravürlər yer alır. Bu qravürlərin çoxunu şəxsən Oleari özü çəkmişdir.[1] O, Dərbəndin yaxınlığında Dədə Qorqudun qəbrini ziyarət etmiş, Diri Baba türbəsi, Beşbarmaq piri və indiki Xaçmaz rayonunu ərazisindəki Şeyx Yusif məqbərəsində olmuş, Siyəzən-Şabran rayonları ərazisində olarkən Padarlar barədə məlumat vermişdir.[2]
İlkin soyadı Ölşlegel (alm. Ölschläger) olsa da, sonradan bu soyadın latınlaşdırılmış variantı olan Olearius soyadını qəbul etmişdir.
== Həyatı və səyahətləri ==
Oleari Maqdeburq yaxınlığındakı Aşerslebendə doğulmuşdur. Leypsiqdə təhsil aldıqdan sonra, III Fridrixin saray kitabxanaçısı və riyaziyyatçısı olmuşdur. Rus və ərəb dillərini bildiyinə görə 1633-cü ildə hüquqşünas Filip Kruzius fon Kruzenştern və Hamburqlu tacir Otto Brüggemanın başçılığı altında Rusiya və İrana göndərilən səfirliyə katib təyin edilmişdir.